Baş ofis və Servis - Ziya Bünyadov 43
Nəzarət mağazası - Əhməd Rəcəbli 69Q
28 May filialı - Dilarə Əliyeva 237
Nərimanov filialı - Əhməd Rəcəbli 41A
Lənkəran filialı - Ləvəngi Dairəsi, Lənkəran 4200
ABV Akademiya Rəsmi Fəaliyyətə Başlayır
Xoşbəxtlik hissi ilə bildiririk ki, uzun illər ərzində təşkil etdiyimiz müxtəlif təlimləri, seminarları və maarifləndirici fəaliyyətləri daha da genişləndirərək artıq vahid çətir altında birləşdiririk — ABV Akademiyası rəsmi olaraq fəaliyyətə başlayır.
ABV Akademiya instalyatorlar, dilerlər, mühəndislər və bütün tərəfdaşlarımız üçün bilik və texnologiya paylaşım platformasıdır. Burada mütəxəssislər real praktiki təcrübə qazanır, yeni texnologiyalarla tanış olur və gündəlik işlərində tətbiq edə biləcəkləri faydalı biliklər əldə edirlər.
Ən önəmlisi isə, ABV Akademiya güclü bir peşəkar icma formalaşdırır. Bu icmanın bir parçası olan hər kəs təcrübə və bilik paylaşımından faydalanaraq öz peşəkarlığını inkişaf etdirmək imkanı qazanır.
ABV Akademiyada sizi nələr gözləyir?
Təlimlərdən və yeniliklərdən ilk xəbərdar olmaq, həmçinin Akademiya üzvlərinə təqdim olunan xüsusi imkanlardan faydalanmaq üçün ABV Akademiyasının rəsmi səhifəsinə və kanalına qoşulun.
Qrup linki: https://chat.whatsapp.com/F9EZIfUVtgf7HKt2mbWUZL
Qeyd: Qrupa qoşulmaq üçün rəsmi forma doldurulmalıdır. https://forms.gle/5HDSiB95VgkCjDDC9