Baş ofis- Ziya Bünyadov 43
Nəzarət mağazası- Əhməd Rəcəbli 69Q
28 May filialı- Dilarə Əliyeva 237
Nərimanov filialı- Əhməd Rəcəbli 41A
Servis- Ziya Bünyadov 43
Azərbaycanda təhlükəsizlik sistemlərinin və şəbəkə avadanlıqlarının satışı və quraşdırılması istiqamətində aparıcı şirkəti olan ABV 25 May 2024-cü il tarixində bank sektorunu əhatə edən "Təhlükəsizlik sahəsində innovasiyalar" adlı seminar təşkil etmişdir.
Tədbirdə Hikvision brendinə məxsus məhsulların banklarda təhlükəsizliyin təminatı istiqamətində faydaları haqqında geniş məlumat verilmiş və məhsullar əyani olaraq nümayiş etdirilmişdir. Mövzular Mobil həllər, video storage və yeni satışa buraxılmış, həmçinin, ABV və Hikvision tərəfindən yenicə test edilmiş isimlik kameralarını əhatə etmişdir.
Tədbirə Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu kimi dövlət qurumları, ABB, Kapital Bank, Paşa Bank, YapıKredi Bank, Yelobank, Bank Respublika və digər banklar qoşulmuşlar.
ABV - daha təhlükəsiz həyat üçün!